Dünya futbolu
Qvardiola “Arsenal” üzərində qələbəsini şərh etdi

20.04.2026 | 10:00
Məlum olduğu kimi, İngiltərə Premyer Liqasının 33-ci turunun mərkəzi görüşü çərçivəsində “Mançester Siti” “Etihad”da “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib.
Sports.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola komandasının zəfərini şərh edib:
“Bu, İngiltərə Premyer Liqasının əla reklamı, yüksək səviyyəli oyun idi. Qələbəmizdən zövq almalıyıq, ancaq diqqətimizi itirməməliyik”, deyə “Pep” vurğulayıb.
Son xəbərlər





























