Dünya futbolu
Antonidən Neymar açıqlaması

02.05.2026 | 13:40
“Betis”in braziliyalı cinah hücumçusu Antoni həmvətəni və futbolçu həmkarı, “Santos”un kapitanı, ulduz hücumçu Neymar haqda qənaətini açıqlayıb.
Sports.az Antoninin müvafiq fikrini təqdim edir:
“Mənim üçün Neymar – gördüyüm ən istedadlı oyunçudur. Onunla milli yığma komandamızda uzun müddət olmuşam və deyə bilərəm ki, bu, xalis istedadır. Onun malik olduğu səlislik təəssürat dooğurur”.
Son xəbərlər





























