Qari Nevill Yurgen Klopp və Məhəmməd Salah arasındakı münaqişədən danışdı

“Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda futbol mütəxəssisi çalışan Qari Nevill İngiltərə Premyer Liqasının 35-ci turunun “Liverpul” - “Vest Hem” oyununda (2:2) “qırmızılar”ın çalışdırıcısı, alman mütəxəssis Yurgen Klopun, komandasının meydana əvəzetmədən daxil olmağa hazırlaşan misirli ulduz hücumçusu Məhəmməd Salahla söz davası açması ilə bağlı fikirlərini paylaşıb.

Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Möhtəşəm çalışdırıcı ilə böyük oyunçu arasında bunu görmək heç də xoş deyil. “Mançester Yunayted”də bir neçə dəfə belə halla qarşılaşmışam. Yalnız bir qalib var, amma fəsad məşqçinin gedişidir ki, bu da azacıq Məhəmməd Salahın xeyrinədir. Məncə, mövsümün sonuna qədər belə davam etsə, cüzi fəsad yaranacaq. İki böyük şəxsiyyət və iki xasiyyət”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar