Peter Şmeyxel “Mançester Yunayted”ə uyğun gördüyü məşqçiləri açıqladı

“Mançester Yunayted”in danimarkalı keçmiş qapıçısı Peter Şmeyxel hesab edir ki, rəhbərlik baş məşqçini dəyişmək qərarına gələrsə, Mançester klubu “Bayern”dən Tomas Tuxelə və ya “Liverpul”dan Yurgen Klopla diqqət yetirməlidir.

Sports.az xatırladır ki, hər iki mütəxəssis cari mövsümün sonunda klublarından ayrılacaq.

“Mən Tomas Tuxeli bəyənirəm. Mən ondan bir neçə dəfə müsahibə almışam və hesab edirəm ki, onun inanılmaz futbol biliyi var. Ola bilsin ki, Tomasın tarixin uğursuz dövründə özünü iki böyük klubda tapmaq üçün azacıq bəxti gətirməyib. Məsələ onun “Çelsi”də açıq-aydın pis olmasında deyil. Demək istəyirəm ki, o, Çempionlar Liqasını qazandı və bu, çox şey deyir.

O, Klopp kimi nüfuzlu çalışdırıcıdır. “Mançester Yunayted” yeni baş məşqçi axtarışında olsaydı, o zaman Tuxel mütləq unutmaq olmaz. Axı o, əntiqə mütəxəssisdir, elə deyilmi? Yurgen Klopp da belədir. O da “Yunayted” üçün əla seçim ola bilər”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar