Qari Nevill Məhəmməd Salahın oyununu şərh etdi

“Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda futbol mütəxəssisi çalışan Qari Nevill misirli ulduz hücumçu Məhəmməd Salahın Premyer Liqanın 29-cu turunda “Everton”la oyunda (0:2) çıxışı ilə bağlı fikirlərini paylaşıb.

Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Son vaxtlar “Liverpul”un bir çox oyununda olmuşam və Salah öz səviyyəsində deyil. O, fantastik oyunçu idi və hələ də belədir, amma Mersisayd derbisində öz varlığından kənarda idi. Birinci hissədə topa toxunmadı. Düşünürəm ki, o, 30 dəqiqədən artıq müddətdə təxminən beş-altı toxunuş etmişdi. O, oyunda deyildi, tərəfdaşları onu oyuna təqdim etmirdilər.

Salah sadəcə kərpic divara tuş gəldi. Belə oyunçular həddən çox oynayırlar və bunu ardıcıl surətdə edirlər, Salah isə altı-yeddi ildir ki, komandada demək olar ki, daimi iştirak edir. Sadəcə elə bir vaxt gəlir ki, fasilə gərək olur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar