Qari Nevill “Çelsi” rəhbərliyini tənqid etdi

“Mançester Yunayted”in keçmiş oyunçusu Qari Nevill “Çelsi” rəhbərliyini yeni gələnlərlə uzunmüddətli müqavilə imzalamaq fikrinə görə tənqid edib.

Sports.az ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Səkkiz illik müqavilələr hər tərəfdən pisdir, çünki məncə, onların mənası yoxdur. Gənc oyunçu üçün çox da yaxşı deyillər. Pul böyükdür, 21 və ya 22 yaşlı gənc oyunçu ikən isə düşünürsən ki, səkkiz illik müqavilən var.
Klub üzərinizdə nəzarət etdiyini düşünə bilər, amma gənc oyunçu düşünür: “Mən zənginəm, həqiqətən də varlıyam”. Bəziləri üçün bu fəsaddır, sadəcə olaraq onların düşüncəsinə təsir edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar