“Liverpul”un yeni məşqçi təyinatını nə vaxt açıqlayacağı məlum oldu

“Feyenoor”dun niderlandlı çalışdırıcısı Arne Slot “Liverpul”un yeni baş məşqçisi olacaq.

Sports.az xəbər verir ki, klublar bu təyinat üçün gərək olan bütün sənədləri imzalayıblar və bu həftə rəsmi açıqlamanın verilməsi planlaşdırılır.

“Liverpul” baş məşqçi müqabilində 13-15 milyon avro civarında təzminatı “Feyenoor”da ödəyəcək.

Beləliklə, Slot tarixin ən bahalı niderlandlı məşqçisi olacaq.

Xatırladaq ki, “qırmızılar”ın hazırkı baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar