Klopla Salah arasında nə baş verdiyi məlum oldu

“Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salahın İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem”lə oyununda (2:2) münaqişə zamanı “qırmızılar”ın baş məşqçisi, alman mütəxəssis Yurgen Klopla nə dediyi məlum olub.

Sports.az xəbər verir ki, Klopp Salahın əlini sıxmaq istəyəndə futbolçu Klopun əlinə yalnız zəif bir şillə vurub.

Çox güman ki, Salah bu qədər tez əvəzedici kimi meydana çıxmağa hazır deyilmiş və bu xüsusda donquldanıb: “Bu barədə heç nə edə bilmərəm, heç nə”. Bundan sonra Klopp hücumçuya nəsə deyib və bu məqam Salahın qəzəbinə səbəb olub. Salah daha sonra deyib: “Alacağam, yeddi ildən sonra, yeddi il oynadıqdan sonra qırmızı vərəqə alacağam”.

Xatırladaq ki, bu məqam oyunun 82-ci dəqiqəsində baş verib. Meydançaya daxil olmağa hazırlaşan Salahı yanında dayanmış və həm də əvəzedici kimi meydana çıxmağa hazırlaşan Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar