“Real” türk qapıçı Onuralp Çevikkanı almaq istəyir

“Real” uzunmüddətli perspektivdə belçikalı qapıçısı Tibo Kurtuanı əvəz edə biləcək qapıçı axtarır.

Sports.az xəbər verir ki, Andrey Luninin müqaviləsi ilə bağlı vəziyyəti nəzərə alan Madrid klubu diqqətini Türkiyə Super Liqasının və “Trabzonspor”un türk qapıçısı Onuralp Çevikkana yönəldib.

Bu mövsüm “Real”da qapıçı mövqeyini ukraynalı Andrey Lunin və ispan Kepa Arrisabalaqa bölüşürlər. Tibo Kurtua isə zədə səbəbindən oynamır. Bununla belə, əsas qapıçı kimi Madrid klubunun növbəti mövsümlər üçün əsas seçimi məhz Tibo Kurtuadır.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar