“İnter”in baş idarəçisi ötənilki transferlərin uğurundan danışdı

“İnter”in baş idarəçisi Pyero Auzilio qapıçı Yan Zommer və hücumçu Markus Türamın transferlərinin uğurundan danışıb.

Sports.az Auzilionun bu barədə fikirlərini təqdim edir:

“Biz Zommerə arxayın idik, o, bizim üçün gözlənilməzlik olmadı. Onun oyun tərzi bizə tam uyğun gəlirdi.

Türama gəlincə, o zaman bu, təəccüblü idi. Amma biz onun transferinə arxayın idik və hər şeydən əvvəl onun roluna arxayın idik, həmişə onun fantastik ikinci hücumçu olduğunu düşünürdük. İnzaqi isə razılaşdı”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar