PSJ Xavi Simonsu satmayacaq

“Leypsiq”də icarə əsasında çıxış edən, PSJ-nin yarımmüdafiəçisi Xavi Simons növbəti transfer pəncərəsində parislilər tərəfindən satılmayacaq.

Sports.az xəbər verir ki, PSJ rəhbərliyi futbolçusunun taleyi ilə bağlı qərar verməlidir.

Vurğulanır ki, ən gerçək seçim futbolçunun alman klubunda icarə müddətinin uzadılmasına icazə verməkdir. Belə ki, digər komandaların oyunçu ilə maraqlanması ilə bağlı yayılan şayiələr mənzərəsində Simonsun tamhüquqlu satışı mümkünsüz hesab edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar