“Bayern” rəhbərliyinin klubda hansı məşqçini görmək istədiyi məlum oldu

“Bayern” rəhbərliyi Xosep Qvardiolanın yenidən komandaya qayıdacağına ümid bəsləyir.

Sports.az xəbər verir ki, Qvardiola gedəndən bəri Münhen klubu onunla əlaqəsini kəsməyib.

Bildirilir ki, İspan mütəxəssisin hələ də Münhendə mənzili var və “Pep” mütəmadi olaraq şəhərə səfər edir. Bununla belə, Qvardiolanı “Bayern”ə geri qaytarmaq planının olmadığı bildirilir.

Xatırladaq ki, ispan mütəxəssis 2013-2016-cı illərdə “Bayern”i çalışdırıb. Bu müddət ərzində Qvardiola Almaniya nəhəngi ilə 7 kubok qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar