Levandovski Mbappenin vacib keyfiyyətini vurğuladı

“Barselona”nın polyak hücumçusu Robert Levandovski PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin oyununu və həyatına münasibətini yüksək qiymətləndirib.

Sports.az polyak futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Onun getdiyi yol aydındır. O, təkcə futbolçu kimi deyil, həm də insan kimi ağıllıdır. Bunu bir neçə il əvvəl ilk dəfə görəndə hiss etdim. Bu, məndə təəssürat yaratdı. Kilianla çox şey barədə danışa bilərsiniz. Onunla danışandan sonra başa düşürsən ki, çox ciddi insandır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar