“Sevinirik ki, o, mövsümün gərəkli vaxtında qollarla qayıtdı”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 36-cı turunun “Vulverhempton”la oyununda (5:1) komandasının norveçli hücumçusu Erlinq Halandın pokerini şərh edib.

Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun ikinci və dördüncü qolları inanılmaz idi. Norveçli futbolçunun “Nottingem Forest”ə qarşı meydanda keçirdiyi 20 dəqiqə yaxşı keçdi. Amma “canavarlar”a qarşı o, inanılmaz idi. Sevinirik ki, o, mövsümün gərəkli vaxtında qollarla qayıtdı”, deyə “Pep” vurğulayıb.

Xatırldaq ki, bu oyunda Haland poker edərək 4 qol vurub və “şəhəlilər”in baş məşqçisi Xosep Qvardiola norveçli qolçunu 82-ci dəqiqədə əvəzləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar