“Haland ərköyün uşaq kimi davranırdı”

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin, İngiltərə Premyer Liqasının 36-cı turunun “Vulverhempton”la oyununda (5:1) əvəzlənməsindən narazı qaldıqdan sonra “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandı tənqid edib:

Sports.az irland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Halandın necə götürüldüyünü gördük, o, çox da xoşbəxt deyildi və ərköyün uşaq kimi davranırdı. Düşünürəm ki, məşqçi ilə ulduz futbolçu arasında mübahisə yarananda və nəticələr arzuladığınız kimi getməyəndə, heç bir faydası yoxdur. Ancaq oyunlarda qalib gəldiklərinə, Haland isə qol vurğduğuna görə, bu, demək olar ki, unudulub”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar