Rokenin agenti hücumçunun “Barselona”dan ayrılacağını bildirdi

“Barselona”nın gənc braziliyalı hücumçusu Vitor Rokenin maraqlarını təmsil edən futbolçu agenti Andre Küri, hücumçunun oyun təcrübəsi almadığı təqdirdə Kataloniya klubundan ayrılacağını bildirib.

Sports.az Kürinin bu barədə fikirlərini təqdim edir:

“Biz digər klubların əvəzinə Vitorun iki dəfə çox qazana biləcəyi “Barsa”nı seçdik. “Barselona” onun qala bilməyəcəyinə qərar versə, onu satacaqlar. Bir çox klublar Roke ilə maraqlanırlar. Əgər o, “Barsa”da oynamasa, karyerasını davam etdirmək üçün başqa seçimləri düşünməli olacağıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar