“Bayern” Lövə tapşırılır?

“Bayern”in idman direktoru Maks Eberl Münhen komandasının baş məşqçisi vəzifəsinə alman mütəxəssis Yoaxim Lövün namizədliyindən danışıb.

Sports.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onun təyinatı ilə bağlı heç bir söhbət olmayıb. O, “Bayern”də işləmək istəmədiyini başa düşməyə açıq şəkildə imkan yaradıb. Biz klubumuza uyğun məşqçi axtarışını davam etdiririk”.

Almaniya Bundesliqasının “Ştutqart” - “Bayern” oyununda (3:1) Löv tribunada gözə çarpıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar