“Bayern” daha Erik ten Haqı baş məşqçi kimi nəzərdən keçirmir

“Bayern” rəhbərliyi hazırda “Mançester Yunayted”i çalışdıran niderlandlı mütəxəssis Erik ten Haqın Münhen klubunun yeni baş məşqçisi vəzifəsinə namizədliyini rədd edib.

Sports.az xəbər verir ki, “Bayern” rəhbərliyi üstünlüyünü Münhen klubunun keçmiş çalışdırıcısı Hans-Diter Flikə verir və onunla yaxşı münasibət saxlayır.

Bəzi mənbələr vurğulayırlar ki, “Bayern”in Erik ten Haqdan əl üzməsində niderlandlı mütəxəssisin silsilə uğursuzluqları rol oynayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar