“Roma” “Yuventus”dan Filip Kostiçi almaq niyyətindədir

“Roma” “Yuventus”un serb vingeri Filip Kostiçə görə “Qoca sinyora”ya transfer sorğusu ünvanlayıb.

Sports.az xəbər verir ki, yay transfer pəncərəsində “canavarlar”ın baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossinin təşəbbüsü ilə romalılar hücum xəttini gücləndirmək niyyətindədirlər ki, bu səbəbdən Filip Kostiç diqqət mərkəzinə düşüb.

Vurğulanır ki, futbolçunun özü də cari mövsüm başa çatdıqdan sonra “Yuventus”dan ayrılmaq istəyir. Serb vingerin “Roma”ya mümkün transferinin məbləği Kostiçin illik 2,5 milyon avro məbləğində maaşı ilə təxminən 10-11 milyon avro məbləğində təxmin edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar