“Xetafe” “Barselona”nın Qrinvuda marağı haqda məlumat verdi

“Xetafe”nin prezidenti Anxel Torres komandasının hücumçusu Meyson Qrinvuda maraq haqda danışıb.

Sports.az Torresin bu barədə fikirlərini təqdim edir:

“Hər şey oğlandan və onun valideynlərindən asılı olsa, o, bizimlə qalacaq. “Mançester Yunayted” onu satmaq istəyir, amma məncə o, bizimlə qalacaq. Madrid “Atletiko”sundan savayı heç kəs məndən onun haqqında soruşmayıb. Mən Joan Laporta (“Barselona”nın prezidenti) ilə söhbət etdim, o, məni ziyarət edərkən onun haqda soruşmuşdu. Mən onunla və Deku ilə (“Barselona”nın idman direktoru) oğlanın oyunu haqqında danışdım, onlar bunu bəyənirlər”.

Qrinvud “Xetafe”də “Mançester Yunayted”də icarə əsasında çıxış edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar