“Bayer”in idman direktoru hansı transferin komandaya daha çox təsir etdiyini açıqladı

“Bayer”in idman direktoru Simon Rolfes Leverkuzen klubunun bu mövsüm uğuruna hansı futbolçunun transferinin daha çox təsir etdiyini bildirib.

Sports.az Rolfesin bu barədə fikirlərini təqdim edir:

“Əsas mövqe “6 nömrə” kimi Qranit Caka idi. “Altılıq” oyunun ürəyidir və nəbzə hakimdir. Strateji baxımdan bu, ən vacib mövqedir. Nə qədər hücumda, nə qədər müdafiədə oynaya biləcəyimiz bu mövqedəki oyunçudan asılıdır… “6” nömrəli mövqe həmişə komandanın bütün hissələrini birləşdirən həlqədir”, deyə mütəxəssis vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar