“PSJ bir daha Çempionlar Liqasının finalını görməyəcək”

PSJ-nin fransalı sabiq yarımmüdafiəçisi Jerom Roten Dortmund “Borussiya”sı tərəfindən Çempionlar Liqasından kənarlaşdırılmış Fransa nəhənginin futbolçularını tənqid edib.

Sports.az Rotenin bu barədə fikirlərini təqdim edir:

“Onlar daim, layihəyə başlamaq haqqında danışırlar. Ancaq uşaqlar, bu final idi! Və bəlkə də bir daha Çempionlar Liqasının finalını görməyəcəksiniz… PSJ-ni bir dəfə finalda görmüşəm. Və mənə dedilər ki, məğlubiyyətin heç bir əhəmiyyəti yoxdur, deyirdilər ki, tezliklə ikinci finalda hər şeyi görəcəyik. Mən hələ də onu gözləyirəm”.

Xatırladaq, “Borussiya” hər iki oyunda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının finalına yüksəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar