MY Sautqeytin təyinatı ilə bağlı danışıqlar aparır

İngiltərə yığmasının baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeyt “Mançester Yunayted”in hazırkı çalışdırıcısı, niderlandlı mütəxəssis Erik Ten Haqı əvəzləmək üçün üstün namizəddir.

Sports.az xəbər verir ki, “Mançester Yunayted” cari mövsüm başa çatdıqdan sonra Ten Haqla əməkdaşlığını davam etdirməyəcək və Sautqeyti onun yerinə ən uyğun namizəd hesab edir.

Vurğulanır ki, klub mütəxəssislə danışıqlar aparır və yaxın həftələrdə “Mançester Yunayted” təmsilçiləri məşqçi ilə razılığa gələ bilərlər. Bundan sonra Sautqeytin təyinatını AÇ-2024-dən sonra rəsmən elan ediləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar