“Real” da Virts uğrunda mübarizəyə qoşuldu

“Real” “Bayer”in alman hücumameyilli yarımmüdafiəçisi Florian Virtsin karyerasını davam etdirməsi üçün ən çox ehtimal edilən seçimdir.

Sports.az xəbər  verir ki, İspaniya nəhənginin rəqibləri arasında “Bayern”, “Arsenal” və “Mançester Siti”nin olmasına rəğmən, Virtsın Madridə yollanmaq ehtimalı daha yüksəkdir.

“Bayer”, yalnız bir mövsümdən sonra buraxmağa hazır olduğu oyunçusu üçün 150 milyon avro məbləğində qiymət təyin edib. 

Vurğulanır ki, “Kral klubu” Virtsi yalnız gələn yay, alman yarımmüdafiəçi Toni Kroosun komandadan gedə biləcəyi vaxt almağı planlaşdırır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar