Mbappeyə “Bayern”i məsləhət gördü

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappenin gələcəyi haqda danışıb.

Sports.az almaniyalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Hansı komanda Mbappeyə daha çox yaraşır? O, “Bayern”ə gedə bilər. Məndən asılı olsaydı, ona burada Münhendə vaxt keçirməyi məsləhət görərdim. Belə bir oyunçu istənilən komandanı gücləndirə bilər, ona görə də o, rəqibləriniz üçün deyil, sizin üçün oynasa, həmişə daha yaxşı olar”, deyə Musiala vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar