“Palmerin formasına və keyfiyyətinə göz yummaq olmaz”

“Liverpul”un ingilis sabiq hücumçusu Maykl Ouen İngiltərə yığma komandasının qarşıdan gələn 2024-cü il Avropa çempionatı üçün heyətində hansı hücumameyilli oyunçuların yer almalı olması barədə danışıb.

Sports.az Ouenin bu barədə fikirlərini təqdim edir:

“Hazırda seçim etməli olsaydım, Bukayo Sakanın yerinə Koul Palmeri İngiltərə yığmasına qoyardım. Düşünmürəm ki, Palmerin formasına və keyfiyyətinə göz yummaq olmaz. O, indi Premyer Liqanın ən yaxşı oyunçularından biridir. O, hətta ilin oyunçusu ola bilər, bəlkə də “Qızıl buts” qazana bilər və bu, çətinliklər yaşayan komandanın heyətində baş verir”, deyə Ouen vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar