Darvin Nunyesin agenti uruqvaylı hücumçunun xidmətini “Barselona”ya təklif etdi

“Liverpul”un 24 yaşlı uruqvaylı mərkəz hücumçusu Darvin Nunyesin maraqlarını təmsil edən agenti Jorje Mendeş, “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski mövsümün sonunda Kataloniya klubunu tərk edəcəyi təqdirdə müştərisinin xidmətlərini “blauqrana”ya təklif edib.

Sports.az xəbər verir ki, uruqvaylı hücumçu İngiltərə Premyer Liqasına lazımi səviyyədə uyğunlaşa bilmədiyi üçün yenidən İspaniya La Liqasında oynamaqdan məmnun olardı.

Vurğulanır ki, öz növbəsində “Barselona” da Nunyesin xidmətində maraqlıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar