Postekoqlu “Tottenhem”in yeddi oyunçusunu satışa çıxardı

“Tottenhem” rəhbərliyi baş məşqçi Angelos Postekoqlunun bir sıra oyunçularını sataraq və heyətdə üstün mövqeləri gücləndirərək komandanı yenidən qurmaq təşəbbüsünü dəstəkləyib.

Sports.az xəbər verir ki, “mahmızlar”ın çalışdırıcısı yarımmüdafiəçilər Pyer-Emil Höybyerq, Covani Lo Çelso və İv Bissuma, həmçinin klub tərəfindən artıq transferə çıxarılmış hücumçu Rişarlison da daxil olmaqla, yeddi komanda oyunçusu ilə ayrılmaqda israrlıdır.

Eyni zamanda, London komandası yay transfer pəncərəsində yeni mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu axtarışına çıxacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar