MY Onananı Remiro ilə əvəzləmək niyyətindədir

“Mançester Yunayted” “Real Sosyedad”ın qapıçısı Alexandro Remironu transfer etməyə çalışacaq.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” cari mövsümün əvvəlində “İnter”dən aldıqları qapıçı Andre Onanın çıxışından məyus olublar.

“Mançester Yunayted” artıq Alexandro Remironu növbəti mövsüm Onanı əvəz edə biləcək qapıçılar sırasına daxil edib. Vurğulanır ki, “Real Sosyedad”ın qapıçısı mankunianlılara çox yüksək - 70 milyon avro məbləğə başa gələ bilər ki, “Mançester Yunayted” danışıqlara girərək bu məbləği azaltmağa çalışacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar