“İnter” İnzaqi ilə müqaviləsini yeniləyəcək

“İnter” rəhbərliyi komandanın baş məşqçisi Simone İnzaqiyə daha 1 mövsümə uzadılması imkanı ilə müqaviləsini 2 il müddətinə uzatmağı təklif etmək qərarına gəlib.

Sports.az xəbər verir ki, “neradzurri” İnzaqinin maaşını da artıraraq, italyan mütəxəssisin əməkhaqqını illik 4,5-5 milyon avro məbləğdən 6 milyon avro məbləğədək yüksəldəcək.

Xatırladaq ki, İnzaqinin hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar