Roysun keçə biləcəyi MLS klubu məlumdur

Cari mövsümün sonunda komandanı tərk edəcək, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys ABŞ MLS-in təmsilçisi “Sent-Luis Siti”yə keçə bilər.

Sports.az xəbər verir ki, alman futbolçu artıq amerikan klubunun nümayəndələri ilə ilkin danışıqlar aparıb, buna rəğmən transferin mümkünlüyü barədə danışmağın hələ tez olduğu bildirilir.

Vurğulanır ki, Roysun özü hələlik karyerasını davam etdirmək üçün yalnız Türkiyə və Səudiyyə Ərəbistanı komandaları da daxil olmaqla bir sıra seçimləri nəzərdən keçirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar