Mbappe PSJ ilə vidalaşır – Tarix açıqlandı

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe gələn Bazar günü komandası ilə vidalaşacaq.

Sports.az xatırladır ki, daha əvvəl mətbuatda, Mbappenin artıq “Real”la müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı barədə məlumat yayılmışdı.

Hücumçu komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını bildirib. Öz növbəsində, “Real” rəhbərliyi də “qaymaqlılar”ın məşqçilər qərargahını Mbappenin “Real”a keçəcəyindən xəbərdar edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar