COPE dərgisi “Qızıl top”a əsas namizədi açıqladı

“Real”ın braziliyalı vingeri Vinisius Junior 2024-cü ildə “Qızıl top” mükafatına əsas namizəddir.

Sports.az xəbər verir ki, COPE dərgisinə görə, braziliyalı futbolçu, “Real” 2023/2024-cü illər mövsümünün Çempionlar Liqasının finalına yüksəldikdən sonra ilin ən nüfuzlu mükafatı uğrunda mübarizədə favoritə çevrilib.

Daha əvvəl bildirilmişdi ki, Vinisiusun komanda yoldaşı, “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem “Qızıl top”a əsas namizəddir. Amma Vinisiusun müstəsna oyunu braziliyalı vingerə ingilis yarımmüdafiəçini üstələmək imkanı verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar