“Arsenal” Şensnını geri qaytarmağı düşünür

“Arsenal” 2008-2017-ci illərdə “topçular”a məxsus olan, hazırda “Yuventus”da çıxış edən 34 yaşlı polyak qapıçı Voytsex Şensnını transfer etmək seçimini araşdırır.

Sports.az xəbər verir ki, “Arsenal” bu yay ingilis qapıçı Eron Ramzdeyldən ayrılmağa hazırlaşır.

Bununla bağlı “topçular” Şensnını Ramzdeylin əvəzləyicisi kimi nəzərdən keçirirlər. “Yuventus”un da cari mövsümün sonunda polyak qapıçını satmağı planlaşdırdığı vurğulanır. Şensnının “Qoca sinyora” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar