“De Yonq “Barselona”dan getsə yaxşıdır”

“Barselona”nın fransalı sabiq yarımmüdafiəçisi Emmanuel Peti niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun Kataloniya klubundakı gələcəyindən danışıb.

Sports.az Petinin bu barədə fikirlərini təqdim edir:

“De Yonq klubu tərk etməlidir. Dörd-beş ildir ki, oradadır və heç bir xeyri yoxdur. O, yaxşı futbolçudur, amma “Barselona”ya uyğun deyil. O, getsə və açığı İngiltərəyə getsə yaxşı olar”.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar