“İnter” Barellanın məvacibini artırır

“İnter”in idman direktoru Pyero Auzilio bildirib ki, klub yarımmüdafiəçi Nikolo Barella ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb.

Sports.az Auzilionun bu barədə fikirlərini təqdim edir:

“Biz Barella ilə yeni müqavilə imzalamağa çox yaxınıq. Yeni müqavilə artıq 2029-cu ilə qədər hazırdır, oyunçunun maaşı ildə 6,5 milyon avro və üstəlik olaraq 1 milyon avro təşkil edəcək”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar