Futbol
“Ştutqart”ın futbolçusu “Barselona”ya keçə bilər
11.06.2024 | 15:00
“Ştutqart”ın 23 yaşlı yarımmüdafiəçisi Angelo Ştiller “Barselona”nın futbolçusu ola bilər.
Sports.az xəbər verir ki, “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik meydanın mərkəzini gücləndirmək üçün futbolçunu transfer etməkdə maraqlıdır.
Ştiller artıq Çempionlar Liqasında və Almaniya Kubokunda debüt etdiyi “Bayern”də alman mütəxəssisin rəhbərliyi altında çıxış edib.