Futbol
Alleqri Serbiya yığmasını çalışdıra bilər
28.06.2024 | 21:30
“Yuventus”un və “Milan”ın sabiq baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri Serbiya yığmasını çalışdıra bilər.
Sports.az xatırladır ki, Alleqri bu ilin mayında “Yuventus”dan istefaya göndərilib.
Serbiya yığması isə AÇ-2024-də gözlənilməz uğursuz çıxışı ilə yadda qalıb və qrup mərhələsini adlaya bilməyərək, mötəbər yarışda iştirakına xitam verib.
Təxmin edilir ki, Serbiya yığmasının rəhbərliyi komandanın uğursuzluğunu təhlil edəcək və Balkan təmsilçisinin italyan mütəxəssisin böyük təcrübəsindən istifadə ehtimalı da istisna edilmir.