“Ayrılmağın vaxtı gəlmişdi” - Naço

“Real”ın sabiq kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubuna keçidindən danışıb.

Sports.az Naçonun bu barədə məlumatını təqdim edir:

“Ançelotti və “Real”ın oyunçuları məni hər gün qalmağa inandırmağa çalışırdılar. Minnətdarlığımı ifadə etməyə sözüm yoxdur, amma ayrılmağın vaxtı gəlmişdi. Artıq o qədər də gənc deyiləm – yanvarda 34 yaşım tamam oldu və bunu nəzərə almaq gərəkdir. İqtisadi baxış çox vacibdir. Ailəniz üçün ən yaxşısını etməlisiniz. “Real”, MLS və Səudiyyə Ərəbistanı arasında seçim etdim”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar