Futbol
Luninlə Modriçin “Real”dakı gələcəyi məlum oldu
01.07.2024 | 12:00
Ukrayna yığmasının 25 yaşlı qapıçısı Andrey Lunin və Xorvatiya yığmasının 38 yaşlı veteran mərkəz yarımmüdafiəçisi Luka Modriç gələn ayın ortalarına qədər “Real”ın düşərgəsinə qayıtmalıdırlar.
Sports.az xəbər verir ki, hər iki futbolçu iyul ayının ortalarında “qaymaqlılar”ın düşərgəsində olmalı və mövsümöncəsi məşqlərə başalamalıdır.
Vurğulanır ki, “Real” yalnız komandaları Avropa çempionatının və ya Amerika Kubokunun yarımfinalına yüksələcək futbolçularına əlavə istirahət verəcək.
Bildiyiniz kimi, Ukrayna və Xorvatiya yığmaları isə AÇ-2024-ün qrup mərhələsi səddini adlaya bilməyiblər.