“Moldova güclü rəqib deyil”

“Moldova güclü rəqib deyil”

Azərbaycan millisi bu gün yoldaşlıq görüşündə Moldovanın qonağı olacaq. Uzun müddət yığmamızın formasını geyinmiş Vüqar Nadirov Sports.az saytına müsahibəsində Canni de Byazinin yetirmələrinin şansını dəyərləndirib. 

- Azərbaycan millisi yoldaşlıq görüşü çərçivəsində bu gün Moldovanın, noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq. Yığmadan nə gözləyirsiniz? 
- Millinin heyətinə baxdım, həm əvvəldən çağırılanlar var, həm də yenilər. Heyətlə bağlı nəsə demək çətindir. Çünki qərarı verən baş məşqçidir, sisteminə uyğun heyət qurur. Ondan nələr tələb olunduğunu da bilir. Azarkeşlər həmişə yığmadan qələbə gözləyir. Təbii ki, daim qələbə qazanmaq da mümkün deyil. Rəqiblərdən Şimali Makedoniya yaxşı komandadır, nəticə qazanmağı bacarır. Moldova o qədər də güclü deyil. Onlarla başabaş oynamaq olar. Milliyə uğurlar arzulayıram. Çalışsınlar ki, Azərbaycan xalqını sevindirsinlər. Əsas budur. 

- Yığmanın heyətini normal saymaq olar? 
- Desəm ki, filankəs çağırılmayıb, guya bununla nəsə dəyişəcək? Mən də baş məşqçi olsam, öz tələbələrimə uyğun heyət quraram. AFFA-dan nəsə deyilsə, bildirərəm ki, məndən tələb edirsiniz, özüm istəyən heyəti qururam. Nəsə tələb eləməsələr, o zaman danışıq başqa cür olar. Ümumi götürdükdə heyət normaldır. Bircə Qara Qarayev və Maksim Medvedev çağırılmayıb. Maksim də bildiyim qədərilə milli karyerasını bitirir. Özü də açıqlamışdı ki, yığmadan gedəcəyəm. Başqa kimin kənarda qaldığını bilmirəm. Çünki çempionat oyunlarına az baxıram, vaxtım olmur. 

- Vaxtınız olmur, yoxsa marağınız?
- Daha çox vaxt azlığına görə baxa bilmirəm. Nadir hallarda olur ki, çempionat matçına baxıram. Ötən turdakı "Sabah" - "Qarabağ" oyununa baxdım, onun da bir hissəsinə. 

- Çağırılan 26 oyunçudan təxminən yarısı müdafiəçidir. Belə düşünmək olar ki, Canni de Byazi yenə müdafiə futbolu oynadacaq?
- Görünən odur ki, müdafiə futbolu izləyəcəyik. De Byazi əks-hücumlara bel bağlayır. 

- Moldovaya qarşı müdafiə futbolu oynayan komanda Belçika, İsveç önündə nə edəcək?
- Məşqçinin seçimi belədir, öz qərarıdır. Məncə, bir az gözləmək lazımdır. Görək yığma bu dəfə hansı nəticəni göstərəcək. 

- Qara Qarayev açıqlamalarının birində demişdi ki, Canni de Byazi onu boyuna görə çağırmır, uzunboy olduğu üçün Eddi İsrafilova güvənir. İndi Eddi də yoxdur və həmin mövqeyə çağırılanların hamısı bəstəboydur. Belə çıxır ki, səbəb başqadır? 
- Qara Qarayevlə Riçard Almeyda, onsuz da, eyni boydadır. Baş məşqçi nə vaxt nəticə verəcəksə, onda güclü oyunçunu çağırmamasına göz yumacaqlar. Görək, qarşıdakı matçlarda millinin nəticəsi necə olacaq. Hər məşqçinin öz fəlsəfəsi, sistemi var. Berti Foqts da təzə gələndə demişdi ki, müdafiənin mərkəzinə hündürboy oyunçu lazımdır. Mən desəm ki, de Byazi Qaranı çağırmamaqla qərəzli mövqe tutur, yenə seçim dəyişməyəcək. Ona görə də, yaxşısı budur ağzımızı yormayaq. Məşqçinin qərarına qarışmaq doğru deyil. 

- Dəvətlilərdən 5-i ölkə xaricində çıxış edir ki, onlardan da yalnız Mahir Emreli Azərbaycan futbolunun yetirməsidir. Legioner sayının azlığı millimizə problem yaratmaz? 
- İnanmıram ki, hansısa problem yaratsın. Bizim vaxtımızda da elə çox legionerimiz yox idi, əksəriyyəti buradakılar idi. Normal da futbol oynayırdıq. 

- Ancaq sizin vaxtınızda da millinin nəticəsi yox idi.
- Nəzərə alaq ki, rəqiblərimiz də güclü idi. Millətlər Liqasındakı rəqiblər səviyyəsində komandalarla oynasaydıq, tam başqa cür olardı. 

- Millimiz gələn il AVRO-2024-ün seçmə mərhələsində aşağı-yuxarı bu heyətlə çıxış edəcək. Bu turnirdə komandadan nə gözləmək olar?
- Millinin son nəticələri ümid verir. İnanıram ki, seçmə mərhələdə də yaxşı çıxış edərlər. Sadəcə, səbir eləmək və vaxt vermək lazımdır. Seçmə mərhələyə hələ vaxtları var, ona qədər hazırlaşa bilərlər.

Son xəbərlər
“Qalatasaray” “Ayaks”ı darmadağın etdi, “Barselona” xal itirdi
“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov
“Bizim üçün çox çətin gecə oldu” – Mareska
AFFA prezidenti “Qarabağ”ı təbrik etdi
“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
“Abşeron Lions” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
“Fiorentina” keçmiş baş məşqçisi kluba qaytara bilər
Kadi sıradan çıxdı
“Arsenal” hücumçusu ilə yeni müqavilə barədə razılığa gəldi
Rafinya cari mövsümdə “Barselona”dakı hədəfini açıqladı
Rüdiger yaşıl meydanlara qayıtmaq intizarındadır
Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəldi
De Rossi məşqçilik fəaliyyətini bərpa edə bilər
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşdi
“Liverpul” “Fulhem”in braziliyalı hücumçusunu gözaltı etdi
“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
Azərbaycanın üzgüçülük millisinin İslamiada üçün heyəti açıqlandı
Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olunub
MY “Brayton”un yarımmüdafiəçisini satın almaq niyyətindədir
NTD amerikalı basketbolçu transfer etdi
Sumqayıtda Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçirilib
“Səbail” evdə, “Şəfa” səfərdə qələbə qazandı
MY “Palmeyras”ın hücumçusunu satın ala bilər
Cəbrayılda “Zəfər Günü” münasibətilə bayram festivalı keçirilib
“Arsenal” rekordunu təkrarladı
“Qarabağ” “Çelsi”yə də məğlub oldu
Hücumçusu “Vest Hem”dən ayrılmaq istəyir
“Liviyadan beynəlxalq oyun təcrübəsi baxımından geri qalırdıq”
Azərbaycanı İslamiadada təmsil edəcək qılıncoynadanlar bəlli oldu
Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar