Güləş/Cüdo
4 yunan-Roma güləşçimiz DÇ-də mübarizəyə qoşulur

18.09.2025 | 11:40
Azərbaycanın 4 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün çıxış edəcək.
Sports.az xəbər verir ki, 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.
Daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
Son xəbərlər