“Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır”

“Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır”

Yunan-Roma güləşi üzrə U17 milli komandanın açıq məşqi keçirilib.

Sports.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə daha çox taktiki-texniki çalışmalara üstünlük verilib. Şəxsi məşqçilər belə açıq məşqlərin faydalı olduğunu bildiriblər və gələcəkdə bunun ənənəvi hal almasını diləyiblər.

Hüseynov toplanışın gedişi, açıq məşq və qarşıdakı hədəflərlə bağlı bunları deyib:

“Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. “Zəfər kuboku” turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi. Özbəkistan millisi U17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var. Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik.

Açıq məşq keçirməyimizin məqsədi odur ki, şəxsi məşqçilər öz tələbələrinin hazırlıq səviyyəsini izləsinlər. Toplanışlar zamanı bəzən 4-5 gün idmançılara istirahət veririk ki, şəxsi məşqçilərinin yanında olub, səhvləri üzərində işləyə bilsinlər. Klub və cəmiyyətlərdə iş yüksək səviyyədə gedəndə milli komanda məşqçilərinin də işi yüngülləşir. Bununla da potensiallı idmançıları əldə etmiş oluruq. Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır. Ümid edirik ki, 2032-ci ildə baş tutacaq Olimpiya Oyunlarında nəticələri bu yeniyetmələrdən görəcəyik, eləcə də sonrakı illərdə də. Güləş federasiyasının rəhbərliyi məşqimizi izlədi. Həm inventarla, həm də maddi baxımdan çox dəstək olurlar. Ümumən hər şey yüksək səviyyədədir. Bu dayaq bizə gələcək yarışlarda uğurlu çıxış etmək üçün bir növ təkan olacaq”.

“Zəfər kuboku” 12-14 apreldə Türkiyənin Antalya şəhərində keçiriləcək.

Son xəbərlər
Dahud “Ayntraxt”dan ayrılacaq
“Qarabağ”da iclas keçirildi
Noyer Messinin rekordunu təkrarladı
Süleyman Ələkbərovdan Qazaxıstanda bürünc medal
Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə
Günün oyunları – TV
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
35-ci legioner: amerikalıların 10-cu het-triki
Felipedən 25-ci qol
Səfərdə 50-ci qələbə: “Sabah” “Şəmkir”ə çatdı
“Sabah” Almaniya təmsilçisinə qarşı
“Betis” Portuqaliyada “Braqa” ilə üz-üzə
Yarımfinal mərhələsi başlayır
1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
“Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır”
“Real” “Bayern”ə evdə uduzdu
Azərbaycan millisi 21 medalla komanda hesabında birinci oldu
Dünya Səhiyyə Günü münasibətilə sosial layihə həyata keçirilib
Region Liqası klubları üçün xüsusi iclas
Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi
“Sabah”ın U-18 komandası ÇL-ə məğlubiyyətlə başladı
Luçesku vəfat etdi
“Sabah”dan növbəti qələbə - VİDEO
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
“Barselona” “Mançester Yunayted”in hücumçusu ilə maraqlanır
“Bu oyunda ən azı bir xal qazanmaq istəyirdik”
“Bu gün çox yaxşı qələbə qazandıq” - Dambrauskas
“Monako”nun rusiyalı ulduzu Səudiyyə Ərəbistanına yollana bilər
Millimizdən ardıcıl ikinci qələbə
DAHA ÇOX

Ən çox oxunanlar