Yevlaxda cüdo zalı istifadəyə verilib

Yevlaxda cüdo zalı istifadəyə verilib

Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Sports.az xəbər verir ki, bu münasibətlə təşkil olunan açılış mərasimində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası son illərdə ölkənin müxtəlif bölgələrində yeni cüdo zallarının istifadəyə verilməsi, eləcə də mövcud idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Son xəbərlər
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“DH Volley” və “Turan”dan qələbə
Azərbaycan millisinin üzvləri AÇ-nin finalında
Kasado “Barselona”dan ayrılmağa hazırlaşır
Xəlilov yenidən federasiya prezidenti seçildi
Məmmədovalar üçün Avropa İspaniya sınağı
AFFA və ÜST Ümumdünya Sağlamlıq Günü ilə bağlı aksiya keçirib
“Tottenhem” “Mançester Siti”nin qapıçısına iddia edir
Yevlaxda cüdo zalı istifadəyə verilib
“Neftçi” – “Araz-Naxçıvan” oyununun biletləri satışda
“Yuventus” müdafiəçisi ilə yollarını ayırmağa hazırdır
“Real” Rodrini iki şərt daxilində heyətinə qata bilər
De Zerbi “Tottenhem” üçün ilk transfer hədəfini seçdi
MOİK-lə “Zaqatala” səfərdən xalsız qayıtdı
Müdafiəçisi “Liverpul”la müaviləsini yeniləməyə yaxındır
“Çelsi”nin kapitanı ilə bağlı xoş xəbər var
“Çelsi” Barko ilə uzunmüddətli müqavilə imzalayacaq
“Liverpul” 4 oyunçusunu satışa çıxaracaq
“Liverpul” Slotla yollarını ayıracaq
Rosenyor “Çelsi” azarkeşlərinə müraciət ünvanladı
İspaniya çempionatının favoriti açıqlandı
Lyorente futbol oynamağa sövq edən səbəbini açıqladı
“Barselona” hücumçusuna satılacağı ilə bağlı bildiriş ünvanladı
“Milan” Leao ilə bağl mövqeyini açıqladı
“Napoli” hücumçusu barəsində intizam tədbiri görəcək
Kostakurta İtaliya çempionluğu uğrunda favoriti açıqladı
“Roma”nın müdafiəçisi sıradan çıxdı
Dahud “Ayntraxt”dan ayrılacaq
“Qarabağ”da iclas keçirildi
Noyer Messinin rekordunu təkrarladı
DAHA ÇOX

Ən çox oxunanlar