“Bu, karyeramın ən böyük uğurudur” - Mahmudov

“Bu, karyeramın ən böyük uğurudur”.

Sports.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Ceyhun Mahmudov söyləyib.

İdmançı vətənə medalla qayıtmaq istədiyini deyib:

"Paris paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm. Öz ölkəsini ən mötəbər yarışlarda təmsil etmək hər idmançıya nəsib olmur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim vətənə medalla qayıtmaqdır".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar