Futbol
Tomas Tuxel “Çelsi”nin qapıçısını istəyir

09.08.2023 | 20:38
“Bayern Münhen” “Çelsi”nin futbolçusu Kepa Arrisabalaqa ilə maraqlanır.
Sports.az xəbər verir ki, 28 yaşlı qapıçının transferini klubun baş məşqçisi Tomas Tuxel rəhbərlikdən istəyib. Klublar arasında danışıqlar tezliklə başlayacaq.
“Bayern” Arrisabalaqanı “İnter”ə keçən Yan Sommerin əvəzedicisi kimi görür.
Son Bundesliqa çempionu Kepa transferində uğursuzluq yaşasa “Ayaks”dan Jeronimo Rulli yaxud “Sevilya”dan Yassin Bununu heyətinə qatmağa çalışacaq.
Son xəbərlər