Futbol
İngiltərə klubu "Qalatasaray"ın oyunçusunu istəyir

11.08.2023 | 18:34
“Aston Villa” və “Qalatasaray” Nilolo Zaniolo üçün danışıqlar aparır.
Sports.az xəbər verir ki, İngiltərə klubunun idman direktoru Monçi 24 yaşlı italiyalını transfer etmək niyyətindədi. Hazırda da oyunçu üçün danışıqlar gedir.
İstanbul klubu futbolçunun satışından 30 milyon avro qazanmaq istəyir.
Zaniolo “sarı-qırmızılar”a bu ilin fevralında qoşulub. O, bu müddətdə 12 oyuna çıxıb və 5 qol vurub.
Son xəbərlər





























