Futbol
Lloris “Latsio”ya keçir

11.08.2023 | 20:38
“Tottenhem”in qapıçısı Uqo Lloris karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sports.az xəbər verir ki, fransalı futbolçu “Latsio” ilə şəxsi müqaviləni razılaşdırıb.
Hazırda klublar arasında danışıqlar davam edir. London təmsilçisi Llorisi satmağa hazırdı.
Qeyd edək ki, Llorisin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdi. 36 yaşlı qolkiper 2012-ci ildən şərəfini qoruduğu komandada 447 oyun keçirib və 508 qol buraxıb.
Son xəbərlər