Futbol
“Leypsiq” 20 yaşlı müdafiəçiylə müqavilə bağladı

12.08.2023 | 18:32
“Leypsiq” yeni transferini açıqlayıb.
Sports.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lyon”dan Castello Lükebanı heyətinə qatıb.
20 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. O, yeni klubunda 23 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Lükeba “Lyon”un yetirməsidir. O, son mövsüm ərzində 38 oyunda iştirak edib və 2 qol vurub.
Son xəbərlər





























