Futbol
“Everton” “Sportinq”in hücumçusunu aldı

12.08.2023 | 19:20
“Sportinq”in futbolçusu Yussef Şermiti “Everton”a keçib.
Sports.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 19 yaşlı portuqaliyalı hücumçuyla 2027-ci ilin yayına kimi qüvvədə olan müqavilə imzalayıb.
“Sportinq” bu keçiddən 15 milyon avro qazanıb.
Qeyd edək ki, Şermiti ötən mövsüm 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Son xəbərlər